Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.                                                                                                             

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında baş tutan tədbirdə Xidmətin rəis  müavini Tural Abbasov, Suların İstifadəsinə və şöbə müdirləri Ataxan Bədəlov, Anar Alməmmədli, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Balıqçılıq və akvakultura elmi-tədqiqat mərkəzinin şöbə müdiri Elçin Məmmədov, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlı və aidiyyəti qurumların digər əməkdaşları iştirak edib.

Görüşün məqsədi akvakultura su obyektlərində sudan qanunsuz istifadə və israfçılığa yol verilməsinin qarşısının alınması, akvakultura subyektləri ilə sudan istifadə və tullantı sularının axıdılması məsələlərinin tənzimlənməsi sahəsində maarifləndirmə, balıqyetişdirmə təsərrüfatlarında uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə məsələlərin müzakirəsi olub.