Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) dəstəyi ilə keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week”də (“Bakı Su Həftəsi”) təmsil olunur.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) dəstəyi ilə təşkil edilən və su resurslarının səmərəli istifadəsi, qorunması, mühafizəsi, hidrotexniki infrastrukturun modernləşdirilməsi və dayanıqlı inkişaf prinsiplərinin müzakirə olunduğu 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week”də (“Bakı Su Həftəsi”) fəal şəkildə təmsil olunur və tədbir çərçivəsində ölkəmizin su təsərrüfatı sahəsində həyata keçirilən layihələr, qanunvericilik təşəbbüsləri və innovativ texnologiyalar barədə təqdimatlar, seminarlar və panel müzakirələr keçirilir, iştirakçılar isə su ehtiyatlarının idarə olunması, ətraf mühitin qorunması və beynəlxalq təcrübənin öyrənilməsi imkanlarından faydalanırlar.