Tural Ədalət oğlu Abbasov

1984-cü ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil üzrə Menecment ixtisasına yiyələnib.

İlk əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətində mühəndis olaraq başlayıb və müxtəlif məsul vəzifələrdə çalışıb. Əmək fəaliyyətini 2011-ci ildən etibarən “Azərsu” ASC-də davam etdirib və “Birləşmiş Sukanal” MMC-nin direktoru vəzifəsinə qədər yüksəlib.  

2024-cü ildən etibarən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini vəzifəsində işləyir.

Ailəlidir, 3 övladı var.